Putinə qarşı çevriliş ola bilər: Kreml onu kimin əvəz edəcəyini düşünür

Putinə qarşı çevriliş ola bilər: Kreml onu kimin əvəz edəcəyini düşünür
DÜNYA
12:24 26.05.2022
701
Putinə qarşı iddia edilən çevriliş yenidən gündəmdədir.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Rusiyanın Ukraynaya hücumundan sonra Rusiyanın yüksək vəzifəli şəxslərinin prezident Putini istefaya göndərmək və yerinə başqasını gətirmək istədikləri iddia edilirdi. 

Belə ki, yüksək səviyyəli rusiyalı məmurların Putinsiz bir hökumət planlaşdırdığı iddia edilib. Rusiyanın Ukraynaya hücum etməsindən üç ay sonra hökumətdəki mənbə Rusiya-Latviya kanalı Meduza-ya deyib ki, Kreml rəsmiləri və Rusiya elitası arasında Putindən razı qalan yoxdur:

"İş adamları və bir çox hökumət üzvləri Putinin sanksiyaların miqyasını nəzərə almadan müharibəyə başlamasından narazıdırlar. Çünki bu sanksiyalarla yaşamaq mümkün deyil”. 

İddialara görə, Rusiya kəşfiyyat icmaları da Putinin Ukrayna müharibəsində səriştəsizliyinə əmin olublar. Digər tərəfdən, Ukrayna Müdafiə Nazirliyinin baş kəşfiyyat direktoru, general-mayor Kirilo Budanov dünən Putinin hər hansı sui-qəsd cəhdindən qaçmaq üçün tabeliyində olanlarla sıx əlaqəni kəsdiyini iddia edib.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR