Putinin andiçmə mərasimində Paşinyanın iştirak edib-etməyəcəyi bəlli deyil

Putinin andiçmə mərasimində Paşinyanın iştirak edib-etməyəcəyi bəlli deyil
DÜNYA
13:37 11.04.2024
185
Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimində iştirak edib-etməməsi ilə bağlı qərar hələ verilməyib.

Bu barədə jurnalistlərə Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan bildirib.

"Əgər andiçmə mərasimində iştirakla bağlı qərar qəbul olunarsa, o zaman bu barədə ictimaiyyətə məlumat veriləcək. Hazırda əlavə ediləcək başqa heç nə yoxdur”, - o deyib.

Qeyd edək ki, martın 15-17-də keçirilmiş seçkilərdə Putin rəsmi olaraq yenidən Rusiya prezidenti seçilib, seçkilərin nəticələri Rusiya Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiqlənib. Qanuna əsasən, dövlət başçısının andiçmə mərasimi mayın 7-də keçirilməlidir.
 
///Report
OXŞAR XƏBƏRLƏR