Putinin Bakı səfəri Ermənistanı niyə qorxuya salıb? – Politoloqlar danışır

SİYASƏT
14:14 14.08.2013
3089

Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri Ermənistan siyasi dairələrində çox böyük narazılığa səbəb olub. Hakimiyyət və müxalifət partiyaları Rusiya prezidentinin Azərbaycana səfəri ilə bağlı yekdil mövqedə dururlar. Ermənistanın strateji partnyoru olan Rusiya prezidentinin erməni qəzetlərinin yazdığı kimi “düşmən ölkə” olan Azərbaycana səfərini Ermənistanın təhlükəsizliyinə ciddi təhlükə kimi qəbul edirlər. Bundan əlavə bu Zaqafqaziya ölkəsinin politoloqları Vladimir Putinin Bakıya səfərini meydan oxumaq kimi qiymətləndirilər. Onlar hesab edirlər ki, hazırki mərhələdə Serj Sarkisyanın Vladimir Putini dəfələrlə Ermənistana dəvət etməsinə baxmayaraq, o, Bakıya gəldi. Bu ənənənin gələcəkdə də təkrarlana biləcəyi ilə bağlı Ermənistana aydın siqnaldır.

AZXEBER.COM-a danışan politoloqQabilHüseynlibusəfərinErmənistanı qorxuyasaldığını inkaretməyib:

“Ermənistan gözləyirdi ki, Rusiya Azərbaycanı qarışdırmağa çalışacaq və Ermənistan da bundan istifadə edəcək. Lakin gözlənilənin əksinə, Azərbaycan Rusiya ilə münasibətləri bir xeyli irəli apara bildi. Azərbaycanın Rusiya ilə münasibətləri yaxşılaşdıqca Ermənistan-Rusiya münasibətləri soyuyacaq. Bunda Ermənistanın Rusiyaya qarşı müəyyən xəyanətkar addımlarının da təsiri var. Söhbət Avropa Birliyi ilə Azad Ticarət Zonasının yaradılmasından gedir. Rusiya bu hərəkətlərə görə Ermənistanla xoş davranmır.”

AXCP sədrinin müavini, “Region” Beynəlxalq Analitik Mərkəzin (RBAM) rəhbəri Razi Nurullayev də AZXEBER.COM-a açıqlamasında Ermənistanda baş verən narazılığı belə qiymətləndirib:

“Bu məsələdə Ermənistanın narazılığına əsas var. Çünki Rusiya və Azərbaycan münasibətlərinin soyuq olması Ermənistanın birbaşa maraqlarına xidmət edir. Ermənistan bu vəziyyətdən Dağlıq Qarabağ münaqişəsində, bu münaqişənin həlli ilə bağlı gedən danışıqlarda istifadə etmək istəyirdi. Buna da nail olmağı bacarırdı. Digər tərəfdən, Azərbaycanın Qərbə inteqrasiyası, Rusiya ilə münasibətlərinin soyuqluğu Ermənistanı Rusiyaya daha da yaxınlaşdırmağa imkan verirdi. Amma hazırda Azərbaycanla Rusiya arasındakı gərginliyin aradan qaldırılması və hər iki ölkə arasında 5 əməkdaşlıq müqaviləsinin imzalanması Ermənistanın narahatlığına səbəb olub. Məsələ burasındadır ki, Ermənistan Rusiyanın çiynində bir yük olaraq qalmaqdadır. Buna görə Rusiya şirkətləri Ermənistanda iş qurmağın yerinə Azərbaycanda daha sərfəli iş yerləri açmağa maraqlıdır”.

Ceyhun

OXŞAR XƏBƏRLƏR