Putinin daha bir bacarığı - VIDEO

DÜNYA
15:07 11.04.2012
2581
Sosial həyatı ilə gündəmə gəlməyi sevən Rusiyanın baş naziri Vladimir Putin bu dəfə piano çalmaq qabiliyyətini nümayiş etdirib. Sankt-Peterburq şəhərində Andrey Mironov adına Təşəbbüs Teatrına baş çəkən Putin burada "Azad Neva üzərində şəhər" adlı mahnısını pianoda ifa edib.Xatırladaq ki, daha əvvəl də Vladimir Putin Sankt-Peterburqda xeyriyyə məqsədli gecələrdən birində pianoda çalaraq, ingiliscə mahnı oxumuş və onun bu ifasını aralarında Şeron Stoun, Ornella Muti, Kevin Kostner və Monika Beluççi kimi məşhur ulduzların da olduğu tamaşaçılar tərəfindən ayaq üstə alqışlanmışdı.

OXŞAR XƏBƏRLƏR