“Putinin elə iki şərti var ki, onları nəinki Ukrayna, dünya da qəbul etməz” – Ərdoğanın sözçüsü

“Putinin elə iki şərti var ki, onları nəinki Ukrayna, dünya da qəbul etməz” – Ərdoğanın sözçüsü
SİYASƏT
21:28 19.03.2022
1910
Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı Ukraynada atəşkəsə nail olmaq üçün bir sıra tələbləri qeyd edib.

Bunu Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın "Hürriyet” qəzetinə müsahibəsində deyib.
 
Onun sözlərinə görə, Ərdoğan müharibənin bitməsinə kömək etmək üçün Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında Türkiyədə görüş keçirməyi təklif edib. İ. Kalın əlavə edib kli, Putin dövlət başçıları səviyyəsində hər hansı danışıqlar baş tutmazdan əvvəl həll edilməli olduğunu söylədiyi tələblər irəli sürüb:

"Birincisi, Ukraynanın neytrallığı, yəni NATO-ya üzvlüyündən imtina etməsidir. İkincisi, Avstriya modeli kontekstində tərksilah və qarşılıqlı təhlükəsizlik təminatları. Üçüncüsü, Rusiya tərəfinin "denazifikasiya” adlandırdığı proses, yəni Ukraynada rus dilinin geniş istifadəsinə maneələrin aradan qaldırılması. Davam edən danışıqların ilk dörd maddəsi üzrə müəyyən irəliləyişin əldə edildiyi güman edilir. Tam razılıq və ya müqavilənin imzalanmaq üzrə olması barədə danışmaq hələ tezdir”, – Kalın bildirib.

O əlavə edib ki, Putin ən çətin məsələ olan daha iki tələb irəli sürüb – Kiyevin Krımın ilhaqını və iki qondarma "respulika”ları tanımasıdır. Kalın qeyd edib ki, bu son iki məsələ Ukrayna və beynəlxalq ictimaiyyət üçün qəbuledilməz tələblərdir:

"Əgər ilk dörd maddə ilə bağlı fikir və razılıq əldə olunarsa, o zaman beşinci və altıncı maddələr rəhbərlər səviyyəsində müzakirələr ola bilər. Danışıqlar aparılarsa, bu, razılaşma və müharibəyə son qoymaq üçün bir fürsət ola bilər”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Avropa Komissiyası vəba ilə bağlı Rusiyadan hesabat tələb edib
20:51 08.10.2026
Avropa Komissiyası vəba ilə bağlı Rusiyadan hesabat tələb edib
Koşta Zelenskini Aİ liderlərinin sammitinə dəvət edib
20:46 08.10.2026
Koşta Zelenskini Aİ liderlərinin sammitinə dəvət edib
BTQ Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb
20:41 08.10.2026
BTQ Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb
Murad Fətiyev: "Dünya çempionatında medallarımızın sayı daha çox olacaq"
20:35 08.10.2026
Murad Fətiyev: "Dünya çempionatında medallarımızın sayı daha çox olacaq"
İspaniya xəstəxanasında meymunçiçəyinə yoluxmuş şəxs ölüb
20:30 08.10.2026
İspaniya xəstəxanasında meymunçiçəyinə yoluxmuş şəxs ölüb
Atom Enerjisi Təşkilatının rəhbəri: İran uranın zənginləşdirilməsindən imtina etməyəcək
20:26 08.10.2026
Atom Enerjisi Təşkilatının rəhbəri: İran uranın zənginləşdirilməsindən imtina etməyəcək
Cəbrayılda 2-ci mina partlayışı hadisəsi baş verib
20:19 08.10.2026
Cəbrayılda 2-ci mina partlayışı hadisəsi baş verib
Uraloğlu: Qars-İğdır-Dilucu dəmir yolu xətti ilə Ermənistan, Azərbaycan və Türkiyə arasında dəmir yolu əlaqələrini gücləndiririk
20:12 08.10.2026
Uraloğlu: Qars-İğdır-Dilucu dəmir yolu xətti ilə Ermənistan, Azərbaycan və Türkiyə arasında dəmir yolu əlaqələrini gücləndiririk
"Baku TV" Azərbaycan və Türkmənistan xalqları arasında dostluğu qabardıb
20:07 08.10.2026
"Baku TV" Azərbaycan və Türkmənistan xalqları arasında dostluğu qabardıb
"Baku TV": Türkmənistanda region üçün mühüm siyasi görüş keçirilir
20:03 08.10.2026
"Baku TV": Türkmənistanda region üçün mühüm siyasi görüş keçirilir
Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir
20:00 08.10.2026
Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir
Omskda Rusiyanın ən iri neftayırma zavoduna PUA hücumu olub
19:40 08.10.2026
Omskda Rusiyanın ən iri neftayırma zavoduna PUA hücumu olub
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarıldı
19:38 08.10.2026
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarıldı
"İnterpol"la axtarışda olan Ermənistan vətəndaşı Tbilisidə saxlanılıb
19:26 08.10.2026
"İnterpol"la axtarışda olan Ermənistan vətəndaşı Tbilisidə saxlanılıb
Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib
19:11 08.10.2026
Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib
Rusiya: Ukraynada döyüşlərin dondurulması həll yolu deyil
18:54 08.10.2026
Rusiya: Ukraynada döyüşlərin dondurulması həll yolu deyil