Vladimir Putin Ermənistan prezidenti Serj Sarkisyanla birgə jurnaistlərin qarşına keçərək onların sualını cavablandırıblar.
Jurnalistin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı "militarist təcavüz" sözünü işlətməsinə Vladimir Putin belə cavab verib: "Bu sözü belə tez-tez və ucadan təkrarlamaq regionda sülhün nizamlanmasına mənfi təsir göstərəcək.
Biz Rusiya ilə həmsərhəd olan və sıx əlaqalərə malik olan bir ərazidə nə Ermənistan vətəndaşının, nə də Azərbaycan vətəndaşının qanının axmasını istəmərik".