Putinin gizli sevgilisinin Türkiyədə evi olduğu iddia edilib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Rusiya-Ukrayna arasında fevralın 24-dən davam edən müharibədə sanksiyaya məruz qalan və gündəmdə olan adlardan biri olan keçmiş gimnast və media maqnatı Alina Kabaeva ilə bağlı yeni diqqətçəkən iddia ortaya çıxıb.
Belə ki, Putinin sevgilisi olduğu iddia edilən Alina Kabaevanın Türkiyədə evi olduğu iddia edilib.
39 yaşlı Kabaeva haqqında danışan Nevzlin gənc qadının İstanbulda evi olduğunu bildirib və Türkiyənin cənubunda onun "yay evi” olduğunu iddia edib.
Nevzlinin bu mövzuda əlavə təfərrüat vermədiyi bildirilib. Nevzlin bu iddianın mənbəyini açıqlamayıb.
Ayşən