Putinin həbs olunmaq qorxusu: Sammitə getməmək qərarına gəldi

Putinin həbs olunmaq qorxusu: Sammitə getməmək qərarına gəldi
DÜNYA
21:54 19.07.2023
418
Rusiya Prezidenti Vladimir Putin Cənubi Afrikada keçiriləcək BRİKS sammitinə getməyəcək.

Bu barədə Rusiya Prezidentinin Dəftərxanası məlumat verib.

"Qarşılıqlı razılaşmaya əsasən, Rusiya Prezidenti Vladimir Putin sammitdə iştirak etməyəcək”, - deyə məlumatda bildirilib.

Qeyd olunub ki, sammitdə Putini Rusiya xarici işlər naziri Sergey Lavrov təmsil edəcək. Bundan başqa, sammitdə Çin, Braziliya, Hindistan və Cənubi Afrika liderləri də iştirak edəcəklər.

Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak bununla bağlı öz "Twitter” hesabında fikrini bildirib.

"Vladimir Putinin BRİKS sammitində şəxsən iştirakdan imtina etməsi beynəlxalq hüququn qüvvədə olduğunu göstərir. Haaqa Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən həbsinə order verilən şəxs hələ də "prezident” statusuna malik olmasından asılı olmayaraq, BRİKS sammiti üçün Cənubi Afrikaya getməyəcək. Beynəlxalq hüquq belə işləməlidir”, - deyə Podolyak vurğulayıb.

"Cinayət törətmisiniz? Ətrafınıza baxmağa başlayın. İstənilən imkanların məhdudlaşdırılması, hərəkət qorxusu, özünütəcrid, reputasiyanın çökməsi. Sonda isə mütləq şəkildə müttəhimlər kürsüsü”, - deyə o əlavə edib.

Xatırladaq ki, Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən Vladimir Putinin həbsinə order verilməsi səbəbindən onun Cənubi Afrikaya BRİKS sammitinə gedəcəyi təqdirdə həbs olunması müzakirə edilirdi.

Mənbə: Lenta.ru, RBC-Ukrayna
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakının yeraltı dünyası – Şəhərin altında nələr var?
16:55 23.10.2026
Bakının yeraltı dünyası – Şəhərin altında nələr var?
Yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
16:52 23.10.2026
Yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Azərbaycanın ən ali ordenləri kimlərə və hansı xidmətlərinə görə verilir? - ARAŞDIRMA
16:41 23.10.2026
Azərbaycanın ən ali ordenləri kimlərə və hansı xidmətlərinə görə verilir? - ARAŞDIRMA
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
16:22 23.10.2026
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Göyçayda silsilə oğurluqlar edən qohumlar saxlanıldı
16:20 23.10.2026
Göyçayda silsilə oğurluqlar edən qohumlar saxlanıldı
Köhnə binalarda mənzil almağın riskləri nələrdir? – Sənədlərdən təmirə qədər
16:18 23.10.2026
Köhnə binalarda mənzil almağın riskləri nələrdir? – Sənədlərdən təmirə qədər
Arif Mərdanov kollektivə təqdim olundu
16:13 23.10.2026
Arif Mərdanov kollektivə təqdim olundu
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
16:06 23.10.2026
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər!
15:49 23.10.2026
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər!
Bakıda, Gəncədə və Sumqayıtda əməliyyat: 7 nəfər saxlanıldı
15:30 23.10.2026
Bakıda, Gəncədə və Sumqayıtda əməliyyat: 7 nəfər saxlanıldı
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
15:26 23.10.2026
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Oğlunun məzarını ziyarət edərkən faciəvi şəkildə öldü
15:17 23.10.2026
Oğlunun məzarını ziyarət edərkən faciəvi şəkildə öldü
“Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam...”
15:15 23.10.2026
“Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam...”
“Əsas müttəfiqiniz Mehriban xanımdır” - Xalq rəssamından Prezidentə
15:12 23.10.2026
“Əsas müttəfiqiniz Mehriban xanımdır” - Xalq rəssamından Prezidentə
Kart, yoxsa nağd pul? – Vətəndaşlar hansı ödəniş üsuluna üstünlük verir? – VİDEOSORĞU
15:08 23.10.2026
Kart, yoxsa nağd pul? – Vətəndaşlar hansı ödəniş üsuluna üstünlük verir? – VİDEOSORĞU
Boşanma, aliment, əmlak bölgüsü… – Vəkillər ailə məhkəmələrində ən çox hansı mübahisələrlə üzləşir?
15:04 23.10.2026
Boşanma, aliment, əmlak bölgüsü… – Vəkillər ailə məhkəmələrində ən çox hansı mübahisələrlə üzləşir?