Putinin hər kəsdən gizlətdiyi qızları ortaya çıxdı - FOTO

Putinin hər kəsdən gizlətdiyi qızları ortaya çıxdı - FOTO
DÜNYA
11:22 07.06.2024
175
Rusiya Prezidenti Vladimir Putinin qızları Mariya Vorontsova və Katerina Tixonova Sankt-Peterburqda keçirilən Beynəlxalq İqtisadi Forumda iştirak ediblər.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Putinin qızı olan endokrinoloq Vorontsova sessiyada iştirak edib.
 
Tədbirdə açıqlama verən Vorontsovanın Putinin qızı olması ilə bağlı danışmaması də diqqət çəkib. 
 
Digər tərəfdən, müdafiə sənayesi ilə bağlı dəyirmi masa toplantısına Putinin texnologiya mütəxəssisi olan kiçik qızı Katerina Tixonova da qatılıb. 

Müharibədən əvvəl Fransa prezidenti Makron, Almaniya kansleri Angela Merkel kimi bir çox avropalı adın qatıldığı tədbirə bu il Zimbabve lideri Mnanqaqva və Boliviya lideri Luis Arce kimi adların qatıldığı bildirilib.
 
Qeyd olunub ki, Putinin qızları ilk dəfə eyni tədbirə qatılıb.
 
Tixonova Moskva Dövlət Universitetində gənc rus alimlərini dəstəkləyən "İnnopraktika” layihəsini idarə edir və həm də bacarıqlı rok-n-roll rəqqası kimi tanınır. Vorontsova genetik tədqiqatlarla məşğuldur.

Qeyd edək ki, Britaniya mətbuatına danışan ekspertlər Putinin qızlarının uzun müddət kölgədə qalmasının normal olduğunu bildirib və qızların zamanla daha tez-tez ictimaiyyət qarşısına çıxmasının normal olduğuna diqqət çəkiblər.
 
Mikayıl
 

 

 


OXŞAR XƏBƏRLƏR