Putinin kömək istədiyi ölkə də müharibədə iştirak edə bilər.
AZXEBER.COM xəbər verir ki, Rusiya lideri Putin Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşmək üçün bu gün Minskdədir.
Belə bir vaxtda Ukrayna Silahlı Qüvvələrinin komandanı Naevdən diqqətçəkən açıqlama gəlib.
"Belarus Ukraynaya hücum edə bilər, Putin bunun üçün Minskdədir", - Naev deyib.
Kiyev administrasiyası Putinin Belarusda yeni quru hücumu üçün aylarca başlanğıc nöqtəsi kimi istifadə ediləcəyini önə çəkib və hər ehtimala hazır olduqlarını qeyd edib.
Digər tərəfdən Ukrayna prezidenti Volodimir Zelenski dünən axşam ordu komandirləri ilə görüşdən sonra "Rusiya və Belarusla sərhədimizin qorunması bizim əsas prioritetimizdir” deyib.
Zelenski müdafiə baxımından bütün imkanlara hazır olduqlarını da vurğulayıb.
Ayşən