Putinin köməkçisi Donbasda Rusiya qoşunlarının olmayacağının mümkünlüyünü bildirib

Putinin köməkçisi Donbasda Rusiya qoşunlarının olmayacağının mümkünlüyünü bildirib
DÜNYA
15:59 12.12.2025
158
Mümkündür ki, Donbasda nə Rusiya, nə də Ukrayna qoşunları olsun, yalnız "Rosqvardiya” (Rusiya Federasiyasının Milli Qvardiyası – red.) olacaq.

Bunu Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.

"Orada nə Rusiya, nə də Ukrayna qoşunlarının olmayacağı tamamilə mümkündür. Bəli, amma "Rosqvardiya”, polisimiz, asayişi qorumaq və həyatı təşkil etmək üçün lazım olan hər şey olacaq", - o deyib.

Kreml rəsmisi Rusiyanın gec-tez bütün Donbası nəzarətə götürəcəyini də qeyd edib.

Rusiya prezidentinin köməkçisi bildirib ki, sülh danışıqlarından sonra Donbasda Rusiya və ya Ukrayna qoşunları qalmaya bilər.

Kreml hesab edir ki, Rusiya Milli Qvardiyası və Rusiya polisi Donbasda asayişi qoruyacaq. O, bu açıqlamanı "Kommersant" qəzetinə verdiyi müsahibədə verib.

Uşakov vurğulayıb ki, Donbas "gec-tez" Rusiyanın tam nəzarəti altına keçəcək - "danışıqlar yolu ilə olmasa, hərbi yolla".

Onun sözlərinə görə, "qalan hər şey bundan asılı olacaq"."Yəni, atəşkəs yalnız Ukrayna qoşunlarının çıxarılmasından sonra baş verə bilər. Bundan sonra nə baş verəcək - mənim fikrimcə, bunu müzakirə edə bilərik. Ona görə də, Donbasda nə Rusiya, nə də Ukrayna qoşunlarının olmayacağı tamamilə mümkündür
Bəli, amma Rosqvardiya, bizim polisimiz, asayişi qorumaq və həyatı təşkil etmək üçün lazım olan hər şey olacaq", - o deyib.

Uşakovun sözlərinə görə, Vladimir Zelenski Ukrayna qoşunlarının Donbasdan çıxarılmasına qarşı çıxıb və bu, "amerikalıların ona qarşı irəli sürdüyü tələblərdən biri" olub.

"Hər halda, nəticə nə olursa olsun, bu ərazi Rusiya Federasiyasının ərazisidir və gec-tez administrasiyalarımızın nəzarəti altında olacaq", - deyə o əlavə edib.
 
///apa
OXŞAR XƏBƏRLƏR