"Mən çox təəsüf edirəm ki, Rusiya NATO-ya əməkdaş kimi yox, rəqib kimi baxmağa başlayıb".ANS PRESS-in məlumatına görə, bunu NATO-nun katibi Anders Fogh Rasmussen Tallində deyib. Onun sözlərinə görə, Rusiya mediası NATO-ya qarşı gülməli ittihamlarla dolu təbliğat aparır."Bu, bizim arzuladığımız vəziyyət olmasa da, onun gətirdiyi çətinliklərə hazırıq", - deyə Rasmussen əlavə edib.Putinin Krıma səfərini yersiz adlandıran Rasmussen qeyd edib ki, Qərb Krımı Ukraynanın tərkib hissəsi sayır, ona görə də Putin yarımadaya səfər üçün Ukrayna hökumətindən icazə almalıdır.Rasmussen növbəti dəfə qeyd edib ki, Rusiya qoşunlarının Ukrayna sərhəddindən uzaqlaşdırılması məlumatı öz təsdiqini tapmır.