Putinin Mariupola səfəri əvvəlcədən planlaşdırılmayıb

Putinin Mariupola səfəri əvvəlcədən planlaşdırılmayıb
DÜNYA
15:52 19.03.2023
254
Rusiya prezidenti Vladimir Putinin Mariupola səfəri əvvəlcədən planlaşdırılmayıb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Kremlin sözçüsü deyib ki, Putinin Mariupola bütün səfəri, onun şəhər ətrafında hərəkəti planlaşdırılmayıb: "Kortej olmayıb, prezident maşın sürərkən bütün yol qaydalarına əməl edib. Ümumiyyətlə, bu, tammiqyaslı işgüzar səfər idi".

Kreml rəsmisi Putinin Rostov-na-Donudakı Xüsusi Hərbi Əməliyyatın komanda məntəqəsinə səfərinin də əvvəlcədən planlaşdırılmadığını, əsas məqsədin məntəqənin işini adi rejimdə yoxlamaq ibarət olduğunu söyləyib.
OXŞAR XƏBƏRLƏR