Putinin “məğlubedilməz” adlandırdığı yeni silahı nümayiş olundu – VİDEO

Putinin “məğlubedilməz” adlandırdığı yeni silahı nümayiş olundu – VİDEO
DÜNYA
11:03 19.12.2022
638

Putinin "məğlubedilməz” adlandırdığı yeni silahı nümayiş olunub.

AZXEBER.COM xəbər verir ki, Rusiya "Avanqard” adlı raket sistemini ilk dəfə nümayiş etdirib.

Putinin "məğlubedilməz” kimi qələmə verdiyi "Avanqard” raketi səsdən 20 dəfə sürətlidir. "Avanqard”ın qitələrarası raketinin düşmən ölkələrin müdafiə sistemləri tərəfindən tutulmadığı və hava hücumundan müdafiə sistemlərini asanlıqla məğlub edə bildiyi iddia edilir.

Bildirilir ki, hipersəs başlı raket səs sürətini 20 dəfə artıra bilir, üstün manevr qabiliyyəti ilə yanaşı, 9 kilometr yüksəklikdə uça bilir.

Rusiya prezidenti Vladimir Putin 2018-ci ildə bəzi yeni strateji silahlar kimi "Avanqard”ı "məğlubedilməz” adlandırıb.

Ayşən