"Putinin qızlarına qarşı bu hərəkət Qərbin axmaqlığının göstəricisidir" - Kremldən sərt açıqlama

"Putinin qızlarına qarşı bu hərəkət Qərbin axmaqlığının göstəricisidir" - Kremldən sərt açıqlama
DÜNYA
14:18 08.04.2022
3927
Kreml: "Putinin qızlarına qarşı sanksiyalar Qərbin geniş çılğınlığının və axmaqlığının bir hissəsidir”.
 
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Rusiya və Rusiya prezidenti Vladimir Putinin qızlarına qarşı yeni sanksiya qərarları ilə bağlı Kremldən açıqlama verilib.
 
Buça hadisələrindən sonra ABŞ Rusiya prezidenti Vladimir Putinin qızlarını, iki Rusiya bankını sanksiya siyahısına saldığını və Rusiyaya yeni sərmayə qoyuluşunu qadağan etdiyini açıqlamışdı.
 
Kremlin sözçüsü Dmitri Peskov sanksiya qərarından təəcübləndiyini bildirib: "Hər halda, sanksiyaların ailə üzvlərini hədəf alması həddini aşır. Putinin qızlarına sanksiya tətbiq etmək Qərbin geniş axmaqlığının bir hissəsidir. Təbii ki, biz düşünürük ki, bu sanksiyalar qəfil sanksiya qərarları çərçivəsindədir. Hər halda, sanksiyaların ailə üzvlərini hədəfə alması çərçivədən kənara çıxır".
 
Ayşən
OXŞAR XƏBƏRLƏR