Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfəri ilə bağlı bir qrup insanın ajiotaj yaratmaq cəhdi məncə başa düşüləndir.
Çünki həmin qrupun Azərbaycan xalqı ilə heç bir əlaqəsi qalmayıb.Seçki ilə bağlı bütün ümid və perspektivlərini də yalnız beynəlxalq dairələrin və fövqəl dövlətlərin verəcəyi reaksiyalara, sərgiləyəcəkləri fəaliyyətə bağlayıblar. Və bunu son şansları kimi dəyərləndirirlər.AZXEBER.COM xəbər verir ki, bu fikirləri politoloq Elşən Musayev Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfəri ətrafında gedən müzakirələrə münasibət bildirərkən söyləyib.“Rusiya Prezidentinin 7 il sonra yenidən Azərbaycana gəlişində hansısa qeyri-adi nüanslar axtarmağa ehtiyac yoxdur. Səfər sırf işgüzar xarakterlidir. Prosesin gedişatında da hər kəs bunu görəcək. Eyni zamanda Azərbaycanın milli maraqlarını, mənafeyini başqa dövlətlərin iradəsindən asılı vəziyyətə salmaq arzusu ilə yaşayan radikal müxalifət nümayəndələri də unutmasınlar ki, bu arzularını ömürlərinin sonuna qədər ürəklərdə və beyinlərdə dəfn etməli olacaqlar.Çünki, Azərbaycan xalqının və dövlətinin nə yaxın, nə də uzaq perspektivdə kimsənin vassalı, nökəri olmaq kimi bir niyyəti yoxdur. Biz müstəqilik, seçimimizdə sərbəstik, Azərbaycan vətəndaşının verdiyi qərarlara da hər kəsin hörmət etməsini təmin edəcək gücdəyik” - deyə, politoloq fikirlərinə əlavə edib.