Putinin Suriyanı parçalamaq və hökmranlıq etmək planı

DÜNYA
13:51 23.09.2015
1532

Mülki geyimli əsgərlər, kamuflyajlı hərbi texnikanın çatdırılması, gecə uçuşları: Rusiyanın Suriya ilə bağlı hərəkətliliyi, ötən ilki Krım hadisələrini çox xatırladır. O vaxt da hadisələr sakit tərzdə başlayıb, ölkənin siyası parçalanması ilə nəticələndi. Bu haqda “The Times” nəşrinin mütəxəssisi Rocer Boyz yazır.

Müəllif hesab edir ki, yaxın yarımildə iki mərhələli oyun gedəcək. Birincisi – Ukrayna konfliktinin müvəqqəti dondurulması olacaq. Sadəcə elə halda ki, istənilən vaxt alovlandırılmasına imkan olsun. Bu proses Rusiyaya qarşı yönəlmiş sanksiyaların Yanvarda ləğvi üçün hesablanıb.

Bundan sonra Rusiya planlarının ikinci etapına keçəcək. Burda isə rəsmi Moskvanın fəaliyyəti Suriya ilə bağlıdır. BMT-nin Nyu Yorkdakı növbəti sammitində bu məsələ “Hər kəsin maraq dairəsi” kimi təqdim olunacaq. Putin bildirəcək ki, immiqrantların axını ölkədəki siyasi vəziyyətin qeyri müəyyənliyi ilə bağlıdır. Ardıca O, məsələnin həlli üçün hava hücumlarını təklif edəcək. Burda isə bildirəcək ki, Rusiyanın dəstəyi ilə Əsədin hərbi qüvvələri bu əməliyyatları realalşdıra biləcək gücdədir. Ardınca təklif edəcək ki, gəlin Suriyadakı kimyəvi slaha qarşı olduğu kimi, İŞİD-ə qarşı da birgə mübarizə aparaq.

Nəticədə Avropanın bir sıra dövlət başçıları ona inanacaq. Lakin skeptiklər “Ukrayna hadisələri”ni unutmamaq şərti ilə bütün baş verəcəkləri hiylə kimi dəyərləndirib: “Burda söhbət böhranları yaratmaq və artırmaq məqsədi ilə öz mövqeyini gücləndirmək istəyən Putindən gedir. Putinlə əməkdaşlıq təcrübəsi, onun hakimiyyətə gəldiyi 2000-ci ildən bu yana qədər göstərir ki, onun sülh və əminamanlıq təklifi diqqəti yayındırmaqdan başqa bir şey deyl. ”

OXŞAR XƏBƏRLƏR