Putinin sözçüsü: "Lavrov Bakı və Yerevandakı həmkarları ilə davamlı təmasdadır"

Putinin sözçüsü: "Lavrov Bakı və Yerevandakı həmkarları ilə davamlı təmasdadır"
SİYASƏT
14:38 28.09.2020
656

Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığının olub-olmayacağı ilə bağlı sualı cavablandırıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə məlumatı "RİA Novosti” yayıb.

"Lazım gələrsə, əlbəttə ki, bu danışıq olacaq. Ancaq bir daha təkrarlamaq istəyirəm ki, hərbi əməliyyatların bərpasından sonra ilk saatlardan Rusiya Xarici İşlər naziri Sergey Lavrov Bakı və Yerevandakı həmkarları ilə davamlı təmasdadır", - D.Peskov bildirib.

OXŞAR XƏBƏRLƏR