Putinin sözçüsü "Taliban"ın Rusiyadakı statusundan danışdı

Putinin sözçüsü "Taliban"ın Rusiyadakı statusundan danışdı
DÜNYA
19:03 30.08.2021
1026
Rusiya Prezidenti Vladimir Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov Əfqanıstanda hakimiyyəti ələ keçirmiş "Taliban" qruplaşmasının Rusiyadakı statusundan danışıb.

Peskov status dəyişikliyi barədə danışmaq üçün tez olduğunu vurğulayıb.

"İndi "Taliban" qruplaşmasının Rusiyadakı statusuna baxılması tezdir. Bunun üçün Əfqanıstanda yeni hakimiyyətin ilk addımlarına baxmaq lazımdır", - o söyləyib.

Qeyd edək ki, "Taliban" Rusiyada terror təşkilatları siyahısına daxildir.
 
///Report
OXŞAR XƏBƏRLƏR