Putinin təhdidi işə yaramadı: İsveç son qərarını verdi

Putinin təhdidi işə yaramadı: İsveç son qərarını verdi
MANŞET
12:46 17.05.2022
1182
İsveçin baş naziri Andersson NATO-ya üzvlük üçün müraciət etmək qərarına gəldiklərini bildirib.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Rusiya lideri Putinin təhdidlərindən sonra İsveç geri addım atmayıb. 
 
Putinin təhdidinə boyun əyməyən İsveç baş naziri Andersson NATO-ya üzvlük üçün müraciət etmək qərarına gəldiklərini bildirib.
 
NATO-ya üzv ölkələrin sərhədlərində olmasını istəməyən Rusiya bütün dünyanı təhdid edib. Rusiya lideri Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Moskvada keçirilən televiziya sammitində çıxışı zamanı bildirib ki, Rusiya Finlandiya və İsveçin NATO-ya üzv olmaq qərarını təhdid kimi görmür, lakin orada hərbi infrastrukturun yerləşdirilməsinin cavab reaksiyası ola bilər: "Bizim Finlandiya və İsveçlə problemimiz yoxdur, lakin onların regionlarında hərbi infrastrukturun genişləndirilməsi Moskvanın reaksiyasına səbəb ola bilər", - Putin bildirib.
 
Bu sözlərə məhəl qoymayan İsveç açıqlamadan saatlar sonra NATO-ya üzvlük üçün müraciət etməyə qərar verdiklərini açıqlayıb. Finlandiyadan bir neçə gün sonra rəsmi açıqlama verən İsveçin baş naziri Andersson "NATO üzvlüyünə müraciət etmək qərarına gəldik",- deyə bildirib.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR