Putinlə görüşə bilmək üçün 5 dəfə testdən keçməsi tələb edildi

Putinlə görüşə bilmək üçün 5 dəfə testdən keçməsi tələb edildi
DÜNYA
20:45 12.02.2022
391
Kreml Rusiya Prezidenti Vladimir Putinlə yaxından görüşmək üçün Braziliya Prezidenti Jair Bolsonaro və onu Rusiyaya səfərində müşayiət edəcək şəxslərdən 5 PCR testi tələb edib.

AZXEBER.COM xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Braziliya mətbuatı yazıb. Qeyd edilib ki, Bolsonaro-Putin görüşünə qatılacaq şəxslər Moskvaya getməzdən əvvəl 3, Moskvaya gəldikdən sonra 1 və Putinlə görüşdən təxminən 4 saat əvvəl də bir PCR testindən keçməlidirlər.

Kremlin tələbləri arasında Bolsonaronun səyahət edəcəyi təyyarədəki sərnişinlərin də təyyarəyə minməzdən əvvəl 3 PCR testindən keçməsi var.

İlk test səfərdən 4-5 gün əvvəl, ikincisi səfərdən 2 gün əvvəl, üçüncü test isə Moskvaya gəlməzdən bir gün əvvəl edilməlidir.

Rusiya hökumətinin Braziliya Xarici İşlər Nazirliyinə göndərdiyi təklifə nümayəndə heyətinin rəhbəri də daxil edilib. Yəni tələbə görə, əvvəllər koronavirusa qarşı peyvənd olunmayacağını açıqlayan Prezident Bolsonaro də testdən keçməlidir.

Xəbərdə Bolsonaronun lazımi protokollara əməl edib-etməyəcəyi sualına isə Braziliya Xarici İşlər Nazirliyinin cavab vermədiyi bildirilib.

Qeyd edək ki, fevralın 7-də Ukrayna böhranı ilə bağlı  görüşdən əvvəl Covıd-19 testindən keçməkdən imtina edən Fransa Prezidenti Emmanuel Makronun Vladimir Putinlə görüşdüyü uzun masa sosial mediada müzakirələrə səbəb olmuşdu.
OXŞAR XƏBƏRLƏR