Putinlə İlham Əliyevin Bişkekdəki görüşünün detalları: "Paşinyan ona görə gəlmədi ki..."

SİYASƏT
12:16 13.10.2023
2005
Xəbər verdiyimiz kimi, oktyabrın 13-ü Qırğızıstanın paytaxtı Bişkekdə MDB Dövlət Başçıları Şurasının iclası keçiriləcək.
 
Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Belarus prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, Tacikistan prezidenti Emoməli Rəhmon, Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov və Özbəkistan prezidenti Şavkat Mirziyoyev iştirak edəcək.
 
Diqqətçəkən digər bir məqam isə Ermənistanın bu görüşdə təmsil olunmamasıdır.
 
Belə ki, Ermənistan Prezidenti Nikol Paşinyan Bişkek görüşünə qatılmayıb.
 
Bəs Paşinyan niyə Bişkek görüşünə gəlmədi? Fransa Ermənistanı yeni müharibəyə hazırlayır?
 
Məsələ ilə bağlı AZXEBER.COM-a danışan millət vəkili Bəhruz Məhərrəmov deyib ki, Fransa İlham Əliyevin qlobal miqyasda nüfuzu fonunda regionda güc dili ilə danışa bilməz:
 

 

"Fransa başda olmaqla Ermənistanın Qərbdəki havadarlarının son vaxtlar xüsusi canfəşanlığı deməyə əsas verir ki, Azərbaycanın Vətən müharibəsində Zəfəri ilə onlar da Ermənistanla bərabər məğlub olub. Klassik mənada revanş mümkünsüzdür. Azərbaycanın artan hərbi-siyasi imkanları, o cümlədən güclü müttəfiqlikləri, ən əsası cənab İlham Əliyevin qlobal miqyasda nüfuzu fonunda Fransa regionda güc dili ilə danışa bilmir. Eyni zamanda iki dəfə hərbi potensialı qısa müddət ərzində darmadağın edilmiş Ermənistan da Azərbaycanla yeni bir müharibənin fəsadlarını anlayır. Antiterror tədbirləri zamanı Paşinyanın davranışı onun beynəlxalq hüquqa və Azərbaycanın suverenliyinə hörmətdən yox, Bakının hərbi-siyasi imkanlarını düzgün qiymətləndirə bilməsindən irəli gəlirdi. Amma Paris isə regiondakı məğlubiyyəti ilə belə tezliklə barışmaq niyyətində deyil".
 
Deputat əlavə edib ki, Fransanın regionda iki prioriteti var:
 
"Sirr deyil ki, Paris Rusiya-Ukrayna müharibəsi fonunda daha Ermənistanı Moskvanın nəzarətindən çıxarıb öz orbitinə keçirmək üçün real imkan yaranması qənaətindədir. Bu mənada Fransanın regionda iki prioriteti mövcuddur. Birincisi, artıq özünün koloniyası kimi baxdığı Ermənistanın haqlı və haqsız mövqeyindən asılı olmadan mənafelərini qorumaq, İrəvanı Bakı və Ankara ilə əməkdaşlıqdan çəkindirərək yalnız özündən asılı vəziyyətdə saxlamaq. İkincisi, Rusiya-Ermənistan siyasi kommunikasiyalarını minimallaşdırıb İrəvanı mümkün qədər Rusiyadan qoparmaq. Bu istiqamətdə Paris kifayət qədər effektiv çalışır və artıq Ermənistanda Rusiyanın nəzarətində olan siyasi qruplaşmanı çıxmaq şərti ilə böyük əksəriyyət Moskvanı düşmən qismində görür. Paşinyanın və Ermənistan xarici işlər nazirinin Rusiya ilə təmaslardan qaçışması, Rusiyanın iştirak etdiyi tədbirlərə mümkün qədər qatılmamasının kökündə də bu amil dayanır".
 
Millət vəkili qeyd edib ki, Fransa heç bir prosesdə Ermənistanın etimadını doğrultmur:

"Ermənistanın haqsız və təcavüzkar mövqeyinin Azərbaycana qarşı müdafiə edilməsinə gəlincə, Fransa heç bir müstəvidə İrəvanın etimadını doğrulda bilmir. Belə olan halda Fransanın son ümidi ənənəvi fransız metoduna, şantaj və qarayaxma kampaniyasına qalır. Fransanın Azərbaycana qarşı apardığı təxribat və yalan kampaniyası – Azərbaycanın işğalçı, Ermənistanın qurban kimi qələmə verilməsi də məhz bu prosesin tərkib hissəsidir. Bu, son üç ildə Fransanın Azərbaycana informasiya və diplomatik müstəvidə hücumlarının üçüncü mərhələsidir və hər dəfə Fransa bütün gücü ilə Azərbaycana hücum kampaniyasına start vermiş, hətta barəmizdə bizi təcavüzkar kimi tanıyan qətnamə qəbulu üçün məsələni BMT Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarıb, İrəvanı beynəlxalq məhkəmələrdə dəstəkləməyə çalışıb.  Amma təcrübəli diplomat və siyasətçi, qlobal səviyyəli lider olan cənab İlham Əliyevin beynəlxalq hüququ rəhbər tutması və qlobal miqyasda müttəfiqlikləri Fransanı bütün cəhdlərində, həm Beynəlxalq Ədalət Məhkəməsi, həm də BMT Təhlükəsizlik Şurasında ardıcıl fiaskoya məhkum edib.

Çünki cənab İlham Əliyev Fransanın anladığı dildə danışa bilir və onları başa salır ki, Fransanın nəinki Azərbaycanı "beynəlxalq hüququ pozmaqda” ittiham etməyə, ümumiyyətlə, beynəlxalq hüquqdan danışmağa haqqı yoxdur. Müasir dövrdə, XXI əsrdə hələ də müstəmləkə dövləti kimi qalan Fransanın neokolonial siyasəti, müxtəlif qitələrdə, ələxsus Afrika, Asiya və Mərkəzi Amerikada törətdiyi cinayətlər fonunda Paris söz haqqını itirib".
 
Mikayıl Mirzəzadə

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb