Xəbər verdiyimiz kimi, Çində İkinci Dünya Müharibəsinin 80-ci ildönümünü münasibətiylə Pekində bu günə qədərki ən böyük hərbi parad keçirillib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, 10 min əsgərin iştirak etdiyi parad beynəlxalq mətbuatda geniş işıqlandırılıb.
Tarixi mərasimdə Çin prezidenti Si Çin Pin ilə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In da iştirak edib.
Paradda Rusiya və Şimali Koreya liderlərinin iştirakı ABŞ-yə qarşı sərt mesaj kimi dəyərləndirilib.
Tədbirdən sonra ABŞ Prezidenti Tramp "Truth" hesabından verdiyi açıqlamada mərasimə reaksiya verərək Putin və Kim Çeni ABŞ-yə sui-qəsd hazırlamaqda ittiham edib:
"Bu, prezident Xi və Çin xalqı üçün böyük bayram günü olsun. Xahiş edirəm, ABŞ-yə qarşı sui-qəsd hazırlayan Vladimir Putin və Kim Çen Ina da ən səmimi salamlarımı çatdırın".
Mikayıl