Putinlə Makron Qarabağı müzakirə etdi

Putinlə Makron Qarabağı müzakirə etdi
DÜNYA
19:55 20.08.2019
8335

Fransa Prezidenti Emmanuel Makronun Forte Breqansonda rusiyalı həmkarı Vladimir Putinlə görüşü konstruktiv, məzmunlu və maraqlı keçib.

Bu baradə  Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, liderlər Suriya böhranı, "Normand dördülüyü" formatında sammitin perspektivləri haqqında fikir mübadiləsi aparıblar.  

 

O qeyd edib ki, regional münaqişələr – Balkanlardakı vəziyyət, Dağlıq Qarabağ münaqişəsi, Ukraynadakı konflikt danışıqların predmeti olub.

Bununla yanaşı, iqlim dəyişikliyi və Arktika məsələsi də müzakirə edilib.

OXŞAR XƏBƏRLƏR