Uzun masanın sirri: Putinlə Makronun Qarabağla bağlı planları nələrdir?

Uzun masanın sirri: Putinlə Makronun Qarabağla bağlı planları nələrdir?
SOSİAL
12:26 08.02.2022
417
"Putinlə Makron ATƏT-in Minsk qrupunun fəallaşdırmağa çalışacaqlar".

Həmçinin oxu:

Xəbər verdiyimiz kimi, Rusiya prezidenti Vladimir Putin və Fransa prezidenti Emmanuel Makron arasında Moskvada aparılan danışıqlar 5 saatdan artıq davam edib. Moskvada baş tutan görüşdən sonra ldierlər üçün birgə mətbuat konfransı təşkil olunub.

Tədbir zamanı Putin danışıqlarda Qarabağ məsələsinin də müzakirə olunduğunu bildirib. O, Rusiya sülhməramlılarının rolunun yüksək qiymətləndirildiyini, onların atəşkəs rejiminə əməl olunmasına nəzarət etdiklərini və bölgədə dinc həyatın bərqərar olmasına yardım göstərdiklərini vurğulayıb.

Həmçinin, Rusiya dövlət başçısı fransalı həmkarının onu Azərbaycan, Ermənistan və Aİ rəhbərlərilə birgə danışıqlarının yekunları barədə məlumatlandırdığını bəyan edib.

Fransa prezidenti Makron da çıxışı zamanı Azərbaycan - Ermənistan münasibətlərinə toxunub.

"Biz Azərbaycan və Ermənistan arasındakı münaqişə ətrafında da fikir mübadiləsi apardıq. Sevinirəm ki, bugün səhər saatlarında səkkiz erməni hərbçi Azərbaycan tərəfindən Ermənistana təhvil verilib. Onları bizim tərəfimizdən ayrılan təyyarə İrəvana çatdırıb. Biz ötən cümə videokonfrans vasitəsilə cənab Əliyev və Paşinyanla itkin düşən şəxslər, qaçqınlarla bağlı məsələləri də müzakirə etmişik”, -  deyə o, bəyan edib.

Makron, həmçinin, rusiyalı hərbçilərin Azərbaycanla Ermənistan arasındakı sərhəddə oynadıqları mühüm rolu da yüksək qiymətləndirib.

Görüşdə ən çox diqqəti çəkən Kreml liderinin Fransa prezidenti ilə uzun masanın ətrafında danışıqları aparması olub. Şərhçilərin fikirlərinə görə, masanın dəyirmi olmaması və liderlərin bir-birilərindən uzaq məsafədə danışmaları hər iki ölkə arasındakı fikir ayrılıqlarının olduğunu göstərir. 


AZXEBER.COM-a danışan politoloq Zərdüşt Əlizada Vladimir Putin və Emmanuel Makron arasındakı görüşdə bir sıra mövzuların ələ alındığını, eyni zamanda Qarabağ mövzusunun da diqqətdə saxlanıldığını deyib: "Görüş uzun müddət, 5 saatdan çox davam etdi. Təbii ki, burada hər iki tərəfi maraqlandıran məsələlər müzakirə olunub. Yəqin ki, ilk olaraq Avropa ilə Rusiyanın münasibətləri arasındakı gərginlikdən danışılıb, hər iki tərəf səbəblərini izah edib. Daha sonra Ukrayna-Rusiya məsələsinin müzakirəsi həyata keçirilib. Bundan başqa, çox güman ki, Qarabağ məsələsi də ciddi müzakirə olunub. İndi bütün nəticələr göz qabağındadır. Putinlə Makron ATƏT-in Minsk qrupunun fəallaşdırmağa çalışacaqlar. Onların görüşündəki bəzi fikirlərin bizə xeyrindən çox ziyanı ola bilər. Biz birmənalı şəkildə Minsk qrupunun fəaliyyətinin bərpasına imkan verməməliyik. Çünki indi üstünlük bizim əlimizdədir.  Əvvəl Azərbaycanın mövqeyi nəzərə alınmırdı, amma 44 günlük müharibədəki qələbədən sonra Azərbaycanın da mövqeyi nəzərə alınır. İndi Azərbaycan da söz sahibidir və ən vacibi arxamızda güclü müttəfiqimiz var. Rusiya və Fransanın fikri bizim üçün öz mənafeylərimizdən üstün olmamalıdır".

Zərdüşt Əlizadə "Şuşa bəyannaməsi”nin Fransa və Rusiya üçün hansısa bir narahatçılıq doğurub-doğurmadığına da münasibət bildirib:

""Şuşa bəyannaməsi”də yeni bir şey yoxdur. Əvvəlki razılaşmalar cəm şəkildə, vahid sənəddə toplanılıb. Digər tərəfdən bəyannamə başqa dövlətlərin mənafeyinə qarşı yönəlməyib. Əgər bizim mənafeyimizə ziyan vurmaq fikrində deyillərsə, o zaman "Şuşa bəyannaməsi”nin onlara aidiyyatı yoxdur”.

Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron son aylar Azərbaycan Ermənistan arasındakı münasibətlərdə aktiv rol oynamağa çalışır. Sonuncu dəfə fevralın 4-də Fransa Respublikasının Prezidentinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda görüş keçirilmişdi. Görüşdə Azərbaycan Respublikasının Prezidenti birinci Ermənistan-Azərbaycan müharibəsində itkin düşmüş vətəndaşlarımızın kütləvi məzarlıqlarının yerləşmə yerləri barədə məlumatın Azərbaycan tərəfinə verilməsinə dair məsələ qaldırmış, Ermənistan tərəfi isə bu məsələdə əməkdaşlıq edəcəyinə dair öhdəlik götürmüşdür. Qeyd olunan məsələ Fransa Respublikasının Prezidenti Emmanuel Makron tərəfindən dəstəklənmişdir. Nəticədə 7 fevral 2022-ci il tarixdə 8 nəfər erməni əsilli hərbi qulluqçunu Ermənistan tərəfinə qaytarmışdır. 

Aydın Nuri
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İranın Azərbaycandakı səfiri Prezident İlham Əliyevə təşəkkür edib
00:23 07.03.2026
İranın Azərbaycandakı səfiri Prezident İlham Əliyevə təşəkkür edib
Azərbaycanın Tehrandakı Səfirliyinin əməkdaşları İrandan təxliyə olunur
00:22 07.03.2026
Azərbaycanın Tehrandakı Səfirliyinin əməkdaşları İrandan təxliyə olunur
Azərbaycanda bu şəxslərə bayramla əlaqədar pul verildi - Məbləğ
00:12 07.03.2026
Azərbaycanda bu şəxslərə bayramla əlaqədar pul verildi - Məbləğ
İran Naxçıvanı vurduğunu necə ört-basdır edir? - Səfirlə gərgin MÜSAHİBƏ
00:05 07.03.2026
İran Naxçıvanı vurduğunu necə ört-basdır edir? - Səfirlə gərgin MÜSAHİBƏ
Ağ Şəhər metrosu nə vaxt təhvil veriləcək? - VİDEO
23:55 06.03.2026
Ağ Şəhər metrosu nə vaxt təhvil veriləcək? - VİDEO
Azərbaycanda ictimai xadimin həyatına sui-qəsd planının hazırlandığı üzə çıxıb
23:44 06.03.2026
Azərbaycanda ictimai xadimin həyatına sui-qəsd planının hazırlandığı üzə çıxıb
SEPAH-ın Bakı–Tbilisi–Ceyhan neft boru kəmərində planlaşdırdığı terror aktı ifşa olunub
23:42 06.03.2026
SEPAH-ın Bakı–Tbilisi–Ceyhan neft boru kəmərində planlaşdırdığı terror aktı ifşa olunub
Slovakiya Prezidenti: İranın Naxçıvana hücumunu qətiyyətlə pisləyirik
23:39 06.03.2026
Slovakiya Prezidenti: İranın Naxçıvana hücumunu qətiyyətlə pisləyirik
Leyla Əliyeva şəhid anaları ilə iftar süfrəsində - Fotolar
23:24 06.03.2026
Leyla Əliyeva şəhid anaları ilə iftar süfrəsində - Fotolar
Bu kolleclərə yeni direktor müavinləri təyin edildi
23:13 06.03.2026
Bu kolleclərə yeni direktor müavinləri təyin edildi
Masallıda tüfənglə insident törədən şəxs saxlanıldı
23:02 06.03.2026
Masallıda tüfənglə insident törədən şəxs saxlanıldı
BMT baş katibinin sözçüsü: İranın Azərbaycana hücumundan narahatıq
23:00 06.03.2026
BMT baş katibinin sözçüsü: İranın Azərbaycana hücumundan narahatıq
Ceyhun Bayramov İranın Naxçıvana dron hücumu ilə bağlı BMT Baş katibinə məktub ünvanlayıb
22:58 06.03.2026
Ceyhun Bayramov İranın Naxçıvana dron hücumu ilə bağlı BMT Baş katibinə məktub ünvanlayıb
Azərbaycanın builki "Avroviziya" təmsilçisi açıqlandı
22:44 06.03.2026
Azərbaycanın builki "Avroviziya" təmsilçisi açıqlandı
Polşa İranın Azərbaycana PUA hücumunu qətiyyətlə pisləyib
22:39 06.03.2026
Polşa İranın Azərbaycana PUA hücumunu qətiyyətlə pisləyib
Axşam saatlarında İrandan Azərbaycana 210 nəfərin təxliyəsi həyata keçirilib - FOTOLAR
22:29 06.03.2026
Axşam saatlarında İrandan Azərbaycana 210 nəfərin təxliyəsi həyata keçirilib - FOTOLAR