Rusiya Prezidenti Vladimir Putin və Baş nazir Dmitri Medvedyev bazar səhərini bir yerdə keçirib.
Putin və Medvedyev “Boçarov ruçe” iqamətgahındakı idman zalında birgə idman təmrinləri yerinə yetirib, fiziki hazırlıqlarla məşğul olublar.
Məşqdən sonra Putin və Medvedyev açıq terrasda özlərinin hazırladıqları səhər yeməyini yeyiblər. Prezident və baş nazir özləri üçün barbekyü də hazırlayıb. (axar.az)