Rusiya prezidenti Vladimir Putin və Ermənistan baş nazirinin vəzifələrini icra edən Nikol Paşinyan Moskvada görüş zamanı hər hansı bir sənəd imzalamayacaq.
AZXEBER.COM Trend-ə istinadən bildirir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O bildirib ki, görüş zamanı Qarabağ məsələsi və ikitərəfli münasibətlər müzakirə olunacaq.
D.Peskov əlavə edib ki, görüşün yekununda sənədlərin imzalanacağı ilə bağlı məlumatlar həqiqəti əks etdirmir.