“Putinlə Paşinyanın görüşündən sonra onları qaytarsaydıq bu bizə təzyiq kimi anlaşılacaqdı” – POLİTOLOQ

“Putinlə Paşinyanın görüşündən sonra onları qaytarsaydıq bu bizə təzyiq kimi anlaşılacaqdı” – POLİTOLOQ
SİYASƏT
16:18 09.04.2021
1079

"Onlar düşünürdülər ki, Paşinyan Putinlə görüşdükdən sonra bu məsələ həll olunacaq”.

Ötən gün erməni "hərbi əsirləri" gətirdiyi deyilən təyyarənin Bakıdan İrəvana boş getməsi haqqında erməni mediası məlumat yaymışdı. Həmin məlumatda Rusiya sülhməramlı kontingentininin komandanı general-leytenant Rüstəm Muradovun təyyarədə tək olduğu qeyd olunub. Bu məsələ Ermənistan cəmiyyətində xeyli narazılıqlara səbəb olub.

Məsələ ilə bağlı AZXEBER.COM-a danışan politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Paşinyanın Rusiya prezidenti ilə görüşündən sonra diversantların qaytarılması bizə təzyiq kimi anlaşıla bilərdi:

"Ümumiyyətlə, onlar əsir yox, diversantlardır. Çünki onlar 10 noyabr bəyənatından sonra bölgəyə göndərilib və diversiya ilə məşğul olublar. Bu baxımdan onlar əsir götürülmüş hesab edilmir. Bundan başqa Paşinyanın Rusiya prezidenti ilə görüşündən sonra əgər Azərbaycan onları qaytarsaydı, bu, bizə təzyiq kimi anlaşıla bilərdi. Dünən də elə buna görə ermənilərin ümidləri qırıldı. Çünki onlar düşünürdülər ki, Paşinyan Putinlə görüşdükdən sonra bu məsələ həll olunacaq. Amma elə deyil. Bizim milli və təhlükəsizlik maraqlarımız var. Biz bu maraqları heç kimə güzətə gedə bilmərik”.

Elxan Şahinoğlu onu da qeyd edib ki, Azərbaycanın şərtləri Ermənistan tərəfindən qəbul edilməlidir:

"Əlbəttə, gələcəkdə biz bu məsələni müzakirə edə bilərik. Bizim suallarımız var, məsələn "İsgəndər” raketi ilə bağlı müəmmalar qalır. Ermənistan minalanmış ərazilərin xəritələrini hələ də Azərbaycana verməyib. Bu məsələlər həllini tapmadıqca onların əsir dediyi, əslində isə terrorçuları biz geri təhvil verə bilmərik. Yəni bizim şərtlər, tələblər yerinə yetirilərsə, o zaman bu məsələyə baxıla bilər”.

Aydın Nuri

 

OXŞAR XƏBƏRLƏR