01:19 çərşənbə Axşamı, 15 Oktyabr 2019
DÜNYA

Putinlə Paşinyanın görüşünün detalları: Baş nazir içib, özünü biabır etdi - TƏFƏRRÜATLAR

17:33, 07.10.201912766
Putinlə Paşinyanın görüşünün detalları: Baş nazir içib, özünü biabır etdi  - TƏFƏRRÜATLAR
Rusiyadakı və yerli mənbələrdən aldığımız məlumatlar Rusiya prezidenti Vladimir Putinin Ermənistana səfərinin yeni detalları, Nikol Paşinyanın macəraları, Putinin Ermənistanın sabiq prezidenti Robert Köçəryanın ailə üzvləri ilə görüşü, habelə proseslə bağlı yeni informasiyalar əldə etməyimizə imkan verib.

 

İrəvanda çıxan "7or" qəzeti "Köçəryanların Putinlə görüşündən əvvəl və sonra Nikolun ağlagəlməz macəraları" adlı məqalə dərc edib.

Yazıda bildirilir ki, baş nazir və siyasətçi kimi mənasız, formallıqlar dalınca qaçan Nikol Paşinyan üçün Avrasiya İqtisadi İttifaqının (Aİİ) İrəvanda keçirilmiş zirvə toplantısında əsas məqsəd fotolar idi. Ermənistanın baş naziri hələ də ona inanan zombilərə nə qədər "qətiyyətli" oğlan olduğunu və ətrafının da kimlərdən ibarət olduğunu bu fotolar vasitəsilə göstərməyə çalışırdı.

Aİİ sammitindən hələ bir ay əvvəl N.Paşinyan Rusiya prezidenti Vladimiri Putinlə əlahiddə görüşü razılaşdırmaq istəyirdi. Rəsmi Moskva söhbətin hansı mövzuda olacağını soruşanda isə cavab almadı. Bu səbəbdən protokolda Putin-Paşinyan görüşü nəzərdə tutulmamışdı.

Paşinyan Putinlə görüşə bildi, amma restoranda. Şam yeməyi zamanı o, Rusiya prezidentindən əlahiddə görüş xahiş etdi. Ermənistanın baş nazirinin dəftərxanasının əməkdaşları tələsik Ermənistanla Rusiyanın bayraqlarını "Dvin" otelinə apardılar.

Rusiya tərəfi xeyli təəccüblənmişdi.

Tələsik görüşün əsas müzakirə mövzularından biri Rusiyanın Ermənistana satdığı təbii qazın qiyməti idi. Paşinyan güzəşt istəsə də, alınmadı. Putin Ermənistanın baş nazirinə məsləhət gördü ki, "Qazprom"un rəhbəri Millerlə danışsın. Yəni o, Paşinyanı faktiki olaraq rədd etdi.

Amma N.Paşinyan əl çəkmədi və V.Putin qarşısında şərt qoymağa cəhd göstərdi. Yəni Rusiya rəhbərliyi Ermənistanın sabiq prezidenti Robert Köçəryanın azad olunmasını istəyirsə və ümumiyyəitlə, Köçəryan Putin üçün önəmlidirsə, onda buyurun, Köçəryan buraxılsın, əvəzində Rusiya da Ermənistana satdığı təbii qazın qiymətini aşağı salsın.

Lakin Paşinyan Putindən çox sərt cavab aldı.

Restorandakı söhbətdə V.Putin açıq dedi ki, R.Köçəryanı unutmaq niyyətində deyil və Köçəryanın həbsinin səbəbi ilə bağlı N.Paşinyanın bəyanatlarına inanmır.

Daha sonra N.Paşinyanın adamları "Dvin" otelindən hökumət villasına qədər piyada gəzinti təşkil etmək istədilər. Yəni N.Paşinyan Rusiyanın prezidentini iqamətgahına dəvət etmək niyyətində idi.

Bu dəfə də o, rədd cavabı aldı: ruslar "Rusiya səfirliyində artıq görüşlər planlaşdırılıb" deyərək, Paşinyanın təklifini rədd etdilər.

Yeri gəlmişkən, məhz bu söhbət zamanı N.Paşinyan xəbər tutdu ki, V.Putin sabiq prezident Robert Köçəryanın xanımı Bella Köçəryanla görüşmək istəyir.

Paşinyan bu görüşə mane olmaq istədi, alınmadı.

Putinin Bella Köçəryanla görüşəcəyindən pərişan olan Nikol Paşinyan dərhal nəzarətindəki media-resurslar vasitəsilə xəbər yaydı ki, bəs, görüş olmayacaq, yalandır.

Görüş faktını Köçəryanlar ailəsinin və Putinin rəsmi nümayəndələri təsdiqləyəndən sonra Paşinyanın mediasının çıxış yolu qalmadı, məlumat yayıldı ki, bəs görüş Bella Köçəryanın təşəbbüsü ilə keçirilib və çox qısa olub.

Reallıq isə budur ki, rəsmi Moskva görüşün keçiriləcəyi barədə həftələrlə əvvəl, V.Putinin İrəvana səfəri və Bella Köçəryanla görüşünün detalları planlaşdırılanda Köçəryanlar ailəsinə məlumat vermişdi.

Nikol Paşinyan bunu bilmirdi.

Robert Köçəryan təkrar həbs olunmasaydı, V.Putin onunla da görüşəcəkdi - texniki məsələlər artıq tam çözülmüşdü. Ermənistanın baş naziri bunu təxminlədiyindən əlindən gələni etdi ki, R.Köçəryanı yenidən həbsə atsın.

Amma N.Paşinyan ağlına da gətirə bilməzdi ki, R.Köçəryanın həbsi onun arvadı Bellanın Putinlə görüşünə mane olmayacaq.

Görüşdə Robert Köçəryanın kiçik oğlu Levon da vardı.

Söhbətin təfərrüatları açıqlanmır. Əslində, görüşün özü V.Putinin jestidir. Rusiya prezidenti bununla bir daha bəyan etdi ki, sabiq həmkarı və dostu Robert Köçəryanı darda qoyan deyil.

"Dvin" otelində olan N.Paşinyan Rusiya prezidenti ilə söhbətində eşidəndə ki, o, Köçəryanın arvadı ilə görüüşmək istəyir, çaşıb, kədərlənib və əməllicə "vurub".

Daha sonra isə əsl biabırçılıq olub. Gün boyu V.Putinlə görüşə biliməyən, ABŞ-ın göstərişi ilə İrəvanda Putinin gəlişinə qarşı keçirilən mitinqlərə "operativ rəhbərlik" edən, protokolda Rusiya tərəfindən "təpiklənən" və bu səbəbdən nəzarətindəki mediaya "Rusiyanı vurun!" əmri verən N.Paşinyan dərhal "Zvartnos" aeroportuna aparılmasınnı istəyib.

Görünür, o, Vladimir Putinin İrəvana viziti əsnasında son görüşünün Köçəryanlar ailəsi ilə olmasını istəmirdi.

Paşinyanı aeroporta aparan kortej Eçmiədzin trasına çatanda, əsl "action" başlanıb.

Məlum olub ki, Nikol Paşinyanın koteji Putinin maşın karvanından geri qalır. Paşinyan "Onları keçin!" əmri versə də, küçənin darlığı buna imkan verməyib. Sonra iki V.Putinin və N.Paşinyanın təhlükəsizlik xidmətlərinin əməkdaşları arasında hətta problemlər yaranıb.

Rusiya prezidentinin mühafizə xidməti arxadan gələn maşınlarda kimlərin olduğunu bilmədiyindən Paşinyanın kortejinin önə çıxmasına iman verməyib.

Toqquşma və qəza təhlükəsi yaranıb.

Yalnız birbaşa əlaqədən sonra V.Putinin korteji dayanıb, Paşinyanın maşınlarına ötüb keçməyə imkan verib.

V.Putini "Zvartnots"da qarşılamaq və onunla yenidən söhbət etmək üçün Nikol Paşinyan çox tələsirdi.

Aerportda bir saatdan artıq davam edən görüşdə heç bir ciddi məsələ müzakirə olunmayıb. N.Paşinyan V.Putinə içməyi təklif  edib. Rusiya prezidenti təklifi qəbul etməyib, sadəcə, nəzakət xətrinə şərab qədəhindən bir udqum alıb.

Nikol Paşinyan isə çox əsəbi olduğundan tam bir butulka konyak içib. Məhz bu səbəbdən o, V.Putinlə vidalaşnda Rusiya prezidentinə eynən əyyaşların saoğllaşanda qucaqlaşdıqları kimi sarılmışdı.

Ermənilər rüsvay olduqlarını deyirlər.

Haqlıdır onlar. Çünki Ermənistanın baş naziri Nikol Paşinyan selfi "xəstəsi" olmaqla yanaşı, əməlli təlxəkdir.

Bu isə artıq faktdır.

Bədbəxt ermənilər...

Elçin Alıoğlu,
Milli.az

XƏBƏR LENTİ