Rusiya prezidenti Vladimir Putinlə iranlı həmkarı Həsən Ruhani arasında telefon danışığı olub.AZXEBER.COM-un məlumatına görə, prezidentlər İranın nüvə proqramı üzrə fikir mübadiləsi aparıblar və "altılıqla" danışıqlarda rəsmi Tehranın mövqeyi müsbət qiymətləndirib.Söhbət zamanı ikitərəfli və beynəlxalq gündəlikdə olan aktual məsələlər müzakirə olunub. Belə ki, Putin və Ruhani ümumi layihələrin ardıcıl reallaşdırılmasını əməkdaşlığın genişləndirilməsi üçün qarşılıqlı istəklərini təsdiqləyiblər.