Putinlə Zelenski bu tarixdə görüşə bilərlər: "Putin razılaşıb..."

Putinlə Zelenski bu tarixdə görüşə bilərlər: "Putin razılaşıb..."
MANŞET
15:12 30.04.2022
1383
Putin və Zelenski görüşə bilər.

AZXEBER.COM xəbər verir ki, bu il G20 Liderlər Sammitinə ev sahibliyi edəcək İndoneziya prezidenti Coko Vidodo Putin və Zelenskiyə dəvət göndərdiyini açıqlayıb.

Dünyanın ən böyük iqtisadiyyatları arasında yer alan ölkələrdən ibarət G-20-nin zirvə toplantısı bu ilin payızında İndoneziyada keçiriləcək.

Bu il qlobal iqtisadi foruma sədrlik edən İndoneziya çətin sınaq qarşısında qalıb. Çünki Qərb liderləri Rusiyanın qrupdan çıxarılmasını tələb edirlər. Bununla belə, prezident Coko Vidodo nə Rusiyadan, nə də Ukraynadan əl çəkmək niyyətində deyil.

Ukrayna prezidenti Volodimir Zelenski öz "Twitter" hesabında indoneziyalı həmkarı Coko Vidodo ilə telefon danışığı apardığını və Vidodonun onu G20 sammitinə dəvət etdiyini açıqlayıb.

Müharibənin hər iki tərəfini G20 sammitinə dəvət etmək iki liderin nəhayət görüşə biləcəyi gözləntilərini artırıb. İndoneziya prezidenti isə atəşkəs danışıqlarına kömək etməyə hazır olduğunu bildirib.

Rusiyanın Cakartadakı səfiri Lyudmila Vorobyova bildirib ki, Rusiya prezidenti Vladimir Putin bu il G20 sammitində iştirak etməyi planlaşdırır.

Kremlin sözçüsu Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinin bu sammitə qatılıb-qatılmayacağı ilə bağlı hələlik heç bir məlumatının olmadığını bildirib:

"Rusiya prezidenti Vladimir Putinin İndoneziyada keçirilməsi planlaşdırılan G20 sammitinə qatılıb-qatılmayacağına dair qərar verilməyib. Müvafiq qərar verildikdə sizə məlumat verəcəyik”.

Ayşən Mirzəyeva
OXŞAR XƏBƏRLƏR