Puyol "Barselona"dan ayrıla bilər

İDMAN
20:00 10.10.2012
1188

"Barselona" klubunun kapitanı Karles Puyol mövsümün sonunda komandadan ayrıla bilər.

Qol.Az-ın "Fichajes.net" saytına istinadən verdiyi məlumata görə, 34 yaşlı futbolçu Çin və ərəb klublarından təklif alıb.

Son zamanlar zədədən əziyyət çəkən Puyolun mövsümün sonunda "Barselona"dan ayrılacağı istisna olunmur. Lakin Puyolu transfer etmək istəyən komandaların adları açıqlanmayıb. Həmin klublar yüksək məbləğ qarşılığında Puyolu transfer etmək istəyirlər. İspaniyalı futbolçunun bu təklifləri necə qarşılayacağı isəböyük maraq doğurur.

Qeyd edək ki, 1999-cu ildən "Barselona"nın şərəfini qoruyan Puyol keçirdiyi 377 oyunda 11 qola imza atıb.

OXŞAR XƏBƏRLƏR