Qənirə Paşayeva mükafat aldı

MARAQLI
09:30 15.05.2011
1445

Mükafatı alan millət vəkili Qənirə Paşayeva öz çıxışına Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir” fikri ilə başlayıb, Türkiyədə ona bu cür mükafatın təqdim edilməsindən özünü çox xoşbəxt hiss etdiyini qeyd edib: «Mən bu gün mükafatı özünün düşüncəsi və əməlləri ilə Azərbaycanın müstəqilliyi üçün çalışan və bizə yol göstərən böyük aydınlarımızın, şəxsiyyətlərimizin, canını bu yolda qurban verən şəhidlərimizin, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal edən zaman ərazi bütövlüyümüzün qorunması uğrunda canını qurban verən dostlarımızın, bütün çətinliklərə, ağrı və acılara baxmayaraq ,Azərbaycanın inkişafı və dünyada layiqli yer tutması üçün çalışan hər kəsin, mənim öz ölkəm və bütün millətim adına alıram».

Tədbirdə Türkiyənin bütün nüfuzlu KİV-lərini, jurnalistlərini görməkdən məmnun olduğunu deyən millət vəkili Qənirə Paşayeva onlara üzünü tutaraq müraciət də edib: «Mən əziz həmkarlarıma üzümü tutaraq demək istəyirəm ki, Azərbaycanı sevin, çünki Azərbaycan sizi çox sevir. Azərbaycanın yaralarını sarmağa, ona daim məlhəm olmağa çalışın. Azərbaycana, onun haqlı və ədalətli davasına həmişə sahib çıxın. Çünki Azərbaycan bu ədalətsiz dünyada çox haqsızlıqlarla üzləşir və sizin dəstəyinizə daim böyük ehtiyacımız var».

 

OXŞAR XƏBƏRLƏR