Qərb derbisinin qalibi kim olacaq? Turan yoxsa Kəpəz?

Qərb derbisinin qalibi kim olacaq? Turan yoxsa Kəpəz?
07:16 13.08.2011
1804
Açılış matçı daha çox Qərb derbisi kimi maraq doğurur. Vaxtilə mükafatlar uğrunda mübarizə aparan “Turan”la “Kəpəz” indi ancaq Premyer Liqada yerlərini qorumağa çalışırlar. 

Düzdür, hər 2 komanda cari mövsümdə ilk “altılığ”a düşmək məqsədini qarşıya qoyub. Mövsümlərarası fasilədə bu komandaların bəzi futbolçuları əks düşərgəyə yollandılar. Tovuz klubunun aparıcı futbolçusu, məhsuldar oyun nümayiş etdirən türkiyəli müdafiəçi Muammer Erdoğdu Gəncə təmsilçisinə keçdi.

Ötən mövsümü bu komandada keçirən Ramal Hüseynov isə “Turan”a qayıdaraq, onun kapitanı oldu. İndi bu futbolçular sabiq komandaları ilə prinsipial oyuna çıxacaqlar ki, Erdoğdunu Tovuz publikasının necə qarşılayacağı xüsusilə maraq doğurur.

12 avqust

18:00. "Turan" - "Kəpəz"
Hakimlər: Vüsal Əliyev, Elşən Acalov, Aleksandr Musatkin, Ceyhun Haşımov
Tovuz. Şəhər stadionu

14 avqust

18:00. "Qarabağ" - "İnter"
Hakimlər: Elçin Məmmədov, Rza Məmmədov, Namiq Hüseynov, Fuad Həsənov
Ağdam. Quzanlı qəsəbə stadionu

18:00. "Rəvan" - "Neftçi"
Hakimlər: Elnur Muradov, Ramiz Əsədov, Habil Əliyev, Ramil Diniyev
Bakı. Mərdəkan qəsəbəsindəki "Dalğa Arena" stadionu

18:00. "Sumqayıt Şəhər" - "Qəbələ"
Hakimlər: Anar Salmanov, Azər Əsgərov, Coşqun Həsənov, Rauf Cabbarov
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu

20:00. AZAL - "Xəzər Lənkəran"
Hakimlər: Fariz Yusifov, Mehman Mahmudov, Munis Abdullayev, Əliyar Ağayev
Bakı. Şüvəlan qəsəbəsindəki AZAL stadionu

21:00. "Bakı" - "Simurq"
Hakimlər: Rövşən Əhmədov, İlham Əliyev, İsgəndər Əliyev, Ramil Əhmədov
OXŞAR XƏBƏRLƏR