Qətərdən "Barselona"nın baş məşqçisinə inanılmaz təklif

İDMAN
06:55 01.06.2011
1833

“Marca”ın verdiyi məlumata görə, ərəblər gənc mütəxəssisə Qətər yığmasına rəhbərlik etməsi qarşılığında ildə 36 milyon avro ödəməyə hazırdırlar.

Qvardiola daha bir il Kataloniya komandasında çalışdıqdan sonra Ərəbistan yarımadasına yollanmaq niyyətindədir. İspaniyalı mütəxəssis yeni işinə 2013-cü ildə başlamalıdır.

Qeyd edək ki, Xosep Qvardiola 2003 – 2005-ci illərdə futbolçu kimi Qətərin “Əl-Əhli” komandasında çıxış edib. Onun Qətərlə yaxından tanışlığı və orada yaxşı dostları var.

 

 

OXŞAR XƏBƏRLƏR