“Qabiliyyət imtahanı ləğv edilməlidir ki, jurnalistikaya səviyyəli tələbələr gəlsin” - Qulu Məhərrəmli

“Qabiliyyət imtahanı ləğv edilməlidir ki, jurnalistikaya səviyyəli tələbələr gəlsin” - Qulu Məhərrəmli
ÖZƏL
12:18 06.08.2025
306
"Jurnalistika fakültəsində təhsil almaq istəyənlərin qabiliyyət imtahanları faydasız, mənasız və gərəksiz bir prosedurdur"
 
AZXEBER.COM xəbər verir ki, bu sözləri Əməkdar jurnalist, BDU-nun professoru Qulu Məhərrəmli deyib.

O jurnalistika fakültəsində təhsil almaq üçün verilən qabiliyyət imtahınını şərh edərkən qeyd edib ki, jurnalistika xüsusi qabiliyyət tələb edən sahə deyil:
 
"Yenə də jurnalistikaya qəbul imtahanı ilə bağlı ajiotaj yaşanır. Təkrar söyləməyə ehtiyac var: bu qabiliyyət imtahanları faydasız, mənasız və gərəksiz bir prosedurdur. Jurnalistika ədəbi yaradıcılıq və xüsusi qabiliyyət (musiqi, rəssamlıq, aktyorluq və s.) tələb edən sahə deyil.  Burada yaxşı kadr hazırlamaq üçün jurnalistika tədrisini daha da yaxşılaşdırmaq kifayətdir”.
 
Qulu Məhərrəmli həmçinin tezliklə bu qaydanın ləğv olunmalı olduğunu bildirib:
 
"Hazırda bu yamaq imtahan DİM üçün əlavə qayğı, abituriyentlər və onların valideynləri üçün vaxt itkisi  və yersiz həyəcandır. Ona görə də tezliklə ləğv olunmalıdır ki, jurnalistikaya səviyyəli tələbələr gəlsin".
 
Günel Hüseynli
OXŞAR XƏBƏRLƏR