Məşhur Kolumbiya yazıçısı Qabriel Qarsiya Markes 87 yaşında vəfat edib.
AZXEBER.COM xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.
1982-ci ildə Ədəbiyyat üzrə Nobel mükafatı alan Markes pnevmaniyadan müalicə olunurdu.
Qabriel Qarsiya Markes 1928-ci ildə Kolumbiyanın Arakataka şəhərində anadan olub. Onun ən məşhur romanı "Yüz ilin tənhalığı" adlanır. Romanda Buendia nəslinin yaranması, yüksəlişi, qürubu və məhvi əks etdirilib.
"Gözlənilən bir qətlin qısa tarixçəsi", "Palkovnikə məktub yoxdur", "Patriarxın payızı", "Vəba dövründə məhəbbət" və başqa əsərlərin müəllifidir.