Qaçaqmalçı erməni tutuldu

DÜNYA
16:48 30.07.2014
875
Gürcüstan sərhəddində Ermənistan vətəndaşı saxlanılıb. AZXEBER.COM-un “Armenia today” saytına istinadən verdiyi məlumata görə, bu barədə Gürcüstanın Maliyyə Nazirliyi mətbuata açıqlama yayıb. Verilən məlumata görə, saxlanılan Ermənistan vətəndaşından bir kiloqram qızıl və gümüş məmulatları tapılıb. Yoxlamalar zamanı ondan həmçinin qaçaqmalçılıq yolu ilə əldə olunan siqaretlər də aşkarlanıb.Araşdırmalar zamanı müəyyən olub ki, saxlanılan şəxs ümumilikdə dəyəri 36819 lari (21 min ABŞ dolları) məbləğində olan qaçaqmalı Gürcüstandan Ermənistana keçirmək istəyib.“Bir kiloqrama yaxın qızıl və gümüş məmulatlarını, eləcə də 110 qutu siqareti Ermənistana qanunsuz yolla keçirmək istəyən şəxs saxlanılıb. O, qaçaqmal yolu ilə əldə olunan əşyaları avtobusa yükləyib, sərhədi keçərkən yaxalanıb. Araşdırmalar zamanı saxlanılan şəxsin milliyyətcə erməni olduğu və Ermənistan vətəndaşı olması məlum olub”, - deyə məlumatda bildirilib.Faktla bağlı Gürcüstanın Maliyyə Nazirliyində cinayət işi başlanıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR