Türkiyənin Kilis şəhərində suriyalı köçkünlərin yerləşdirildiyi konteyner şəhərciyində kifayət qədər su əldə edə bilməyən suriyalılar etiraz aksiyası keçirib.
Yerli hökumət orqanlarının və polisin binası qarşısında baş tutan aksiyaya 500-ə yaxın etirazçı iştirak edib. İcazəsiz keçirilən aksiyaya təhlükəsizlik qüvvələrinin müdaxilə etməsi isə qarşıdurmaya səbəb olub. Polisin xəbərdarlıqlarına baxmayaraq, aksiyanı dayandırmayan etirazçılar polisə daşlarla hücum edib. Nəticədə 4 polis əməkdaşı və 10 aksiyaçının yaralandığı bildirilir. Rəsmilərin verdiyi məlumata görə, faktla b ağlı araşdırmalara başlanılıb və araşdırmalar davam edir.