Qadınlıq öldü

KÖŞƏ
18:03 29.01.2011
2044

Mənə sevgidən yox,
Dəhşətdən danış.
Dinləyim həyəcanla, nəfəs-nəfəsə.
Dəhşətlər daha maraqlı sevgilərdən.

Sevgini, öpüşü deyil,
əzabı, söyüşü sına.
Zorla bütün saf duyğuları,
sonra qına!
Qına ki, qadınlıq ölüb.
Ölüb bakirəlik, qızlıq.
Dünyanı bürüyüb əxlaqsızlıq.
Gündəmdə cinsi azlıq.
Nə isə...
Deyəsən pozuldu tarazlıq.
Qaçdı söhbətin duzu, dadı.
Boş verək,
qandı, qadadı.

Hə!
Nə deyirsən?!
Başlasın savaş?
Kədərdən gülüşə,
baxışlar görüşə
öpüşə-öpüşə.
Dodaq, sinə
Yenə... yenə...
Lalələr əkdim dodaqlarımla
Güllələr dəyib, qərənfillər düzüləsi sinənə.
Eh!
Sevgini endirdik heçə.
Qadınlıq öldü bu gecə.

AYTƏN TƏHMASIB

OXŞAR XƏBƏRLƏR