"Qadağa qoyulmayıb, tövsiyyə edilib ki..." - MTRŞ sədri Rüfət Axundov haqda

"Qadağa qoyulmayıb, tövsiyyə edilib ki..." - MTRŞ sədri Rüfət Axundov haqda
MEDIA
13:37 12.04.2019
4829
"Milli Televiziya və Radio Şurası "Space TV"-də baş verən hadisə ilə bağlı lazımı tədbiri gördü".

AZXEBER.COM xəbər verir ki, bunu ONA-ya açıqlamasında "Space" TV-də müğənni Rüfət Axundovun və əməmkdar artist Rəşad İlyasovun efirdə qeyri-etik ifadələr işlətməsinə münasibət bildirən MTRŞ sədri Nuşirəvan Məhərrəmli söyləyib.

N. Məhərrəmli deyib ki, MTRŞ telekanallarda həmin müğənniyə qadağa qoymaq barədə qərar qəbul etməyib: 

"Sadəcə, MTRŞ telekanallara tövsiyə edib ki, bu cür insanlarla ehtiyatlı hərəkət etsinlər".

N. Məhərrəmli R. Axundovun həmin ifadəni dilə gətirmədiyi, bunun montaj olduğu barədə açıqlamasına da münasibət bildirib: 

"MTRŞ monitorinq etdi, tədbir gördü, məsələ bununla da bitdi. Gələcəkdə telekanallarda belə hadisələr baş verəcəksə, ona uyğun da adekvat addımlar atılacaq".
OXŞAR XƏBƏRLƏR