“Qadağa rejimi davam etdirilməlidir” — Baş infeksionistdən çağırış

“Qadağa rejimi davam etdirilməlidir” — Baş infeksionistdən çağırış
SAĞLAMLIQ
11:54 09.06.2020
1980
Respublikanın bir neçə şəhərində tətbiq edilən iki günlük sərt karantin rejimi bitdi. Həftənin ilk günü vətəndaşlar yenidən küçələrə çıxıb, fəaliyyətinə məhdudiyyət qoyulan müəssisələr öz işlərini bərpa ediblər. Təəssüf ki, hələ də tibbi maskalardan istifadə etməyən vətəndaşlar var.

Paytaxt ərazisində səhər saat 06:00-dan sonra canlanma müşahidə olunub.
 
Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda, ictimai nəqliyyatın və avtomobillərin hərəkəti bərpa edilib, əhalinin yaşayış yerlərini tərk etməsi qadağası başa çatıb.
 
İctimai nəqliyyat öz fəaliyyətini bərpa etsə də, təəssüf ki, sərnişinlərin maskasız olması yoluxma hallarının artmasına şərait yaradır. 

Nazirlər Kabineti yanında operativ qərargah dəfələrlə vətəndaşlara çağırış edərək, sosial məsafənin gözlənməsinin və maskalardan istifadənin vacib olduğunu bildirib. Bütün bunlara baxmayaraq, cəmiyyətdəməsuliyyətsiz davranış hallarına rast gəlinir.
 
Görəsən, vətəndaşlar nə üçün öz sağlamlıqlarına qarşı bu qədər laqeyd yanaşırlar? Hələ də xəstəliyin mövcud olduğuna inanmayanlar var?
 
Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev Oxu.Az-a açıqlamasında insanları məsuliyyətsiz davranışlara yol verməməyə çağırıb.
 
O bildirib ki, dünya ölkələri ilə müqayisədə, Azərbaycanda koronavirus pandemiyasından ölüm və yoluxma halları azdır:
 
"Bu məsələni diqqətdə saxlamaq lazımdır. İnsanlar həm qoyulan qaydalara riayət etmir, həm də dövlətdən, səhiyyədən tədbir görmələrini tələb edir. Bəzi qruplar isə, ümumiyyətlə, xəstəliyin mövcudluğuna inanmır. Bunanə gərək var? Heç bir dövlət istəməz ki, vətəndaşlar cərimə yolu ilə qanun-qaydaya riayət etməyə məcbur olunsun.
 
Bu, şüurlu şəkildə olmalıdır. İnsanların bu mövzuda cərimələnməsi, əslində, düzgün deyil. İnsanlar bir-birini başa düşməlidir. Maska taxmaq bu qədər çətin deyil. Yoluxmaların artma səbəbini soruşurlar. Təbii ki, sadaladıqlarım xəstəliyin yayılmasına şərait yaradır”.
 
C.İsayev tətbiq edilən iki günlük karantin rejimini alqışlayıb:

"İnsanlar buna da etiraz edir. Vətəndaşlar birmənalı şəkildə başa düşməlidir ki, bu tədbirlər onların sağlamlığı üçündür. İki gün nə sağlam, nə xəstə insan küçələrə çıxmadı. Bu, kifayət qədər önəmli məqamdır.
 
Virus daşıyıcılarının küçələrə çıxmaması, digər insanlarla ünsiyyət saxlamaması pandemiya ilə mübarizə çərçivəsində ciddi addımdır.İnsanlarkönüllü şəkildə tibbi maskanın, əlcəklərin istifadəsinin zəruriliyini anlayana, dövlətin gördüyü tədbirlərə dəstək verənə qədər bu rejim davam etdirilməlidir”.
 
///Demokrat.az

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Həcc ziyarəti üçün qiymət artımı qaçılmazdır” - QMİ
17:05 23.09.2026
“Həcc ziyarəti üçün qiymət artımı qaçılmazdır” - QMİ
“Bir az dadım, görüm xarabdırmı?” –  Evdə hazırlanan qida məhsulları ilə bağlı XƏBƏRDARLIQ
16:35 23.09.2026
“Bir az dadım, görüm xarabdırmı?” – Evdə hazırlanan qida məhsulları ilə bağlı XƏBƏRDARLIQ
Beynəlxalq tədbirlər zamanı nəqliyyat necə tənzimlənməlidir? - Tıxaclar hər yerdə olur, əsas bu addımlardır..
16:21 23.09.2026
Beynəlxalq tədbirlər zamanı nəqliyyat necə tənzimlənməlidir? - Tıxaclar hər yerdə olur, əsas bu addımlardır..
“Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” birləşdirildi
16:15 23.09.2026
“Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” birləşdirildi
Ermənistan-Türkiyə sərhədi açılacaq? – Türkiyəli generaldan açıqlama
16:13 23.09.2026
Ermənistan-Türkiyə sərhədi açılacaq? – Türkiyəli generaldan açıqlama
Nərimanovda 31 kiloqram narkotik vasitə aşkarlandı
16:06 23.09.2026
Nərimanovda 31 kiloqram narkotik vasitə aşkarlandı
Doktorant və gənc tədqiqatçıların 29-cu Respublika elmi konfransı keçiriləcək
15:58 23.09.2026
Doktorant və gənc tədqiqatçıların 29-cu Respublika elmi konfransı keçiriləcək
Mətbuat Şurasında “süni intellekt və media” mövzusunda tədbir keçirildi - FOTOLAR
15:41 23.09.2026
Mətbuat Şurasında “süni intellekt və media” mövzusunda tədbir keçirildi - FOTOLAR
Suriyada tarixində ilk: Qadın polislər məzun oldu - FOTOLAR
15:31 23.09.2026
Suriyada tarixində ilk: Qadın polislər məzun oldu - FOTOLAR
Çin lideri ABŞ-a yola düşüb
15:20 23.09.2026
Çin lideri ABŞ-a yola düşüb
E-QİYMƏT.az adlı yeni xəbər portalı fəaliyyətə başladı
14:46 23.09.2026
E-QİYMƏT.az adlı yeni xəbər portalı fəaliyyətə başladı
Əfv Sərəncamının icrasına başlanılır
14:31 23.09.2026
Əfv Sərəncamının icrasına başlanılır
Maaşlar artdıqca qiymətlər də bahalaşır – Gələcəkdə vətəndaşları nə gözləyir?
14:29 23.09.2026
Maaşlar artdıqca qiymətlər də bahalaşır – Gələcəkdə vətəndaşları nə gözləyir?
“Sən Alimsən axı, sən də Üzeyir... ” - Gündəm olan duetə sözardı
14:16 23.09.2026
“Sən Alimsən axı, sən də Üzeyir... ” - Gündəm olan duetə sözardı
Mərkəzdə mənzil axtaranlar üçün yeni imkanlar: Nərimanovda satışlar başladı
14:08 23.09.2026
Mərkəzdə mənzil axtaranlar üçün yeni imkanlar: Nərimanovda satışlar başladı
“Daha çox izlənmək istəyirsinizsə...” – Osman Gündüz
14:06 23.09.2026
“Daha çox izlənmək istəyirsinizsə...” – Osman Gündüz