Qadın 5 yaşlı uşaqla kilsəyə hücum etdi - 2 nəfər yaralandı

Qadın 5 yaşlı uşaqla kilsəyə hücum etdi - 2 nəfər yaralandı
DÜNYA
11:52 12.02.2024
116
Texasda 5 yaşlı uşaqla kilsəyə girən bir qadın ibadət edənlərə atəş açıb.
    
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, ABŞ-nin Texas ştatında çox sayda insanın olduğu bazar günü mərasimindən əvvəl böyük kilsəyə silahlı hücum olub.

Hyuston şəhər mərkəzindən təxminən 10 kilometr aralıda yerləşən Lakewood Kilsəsində Pastor Joel Osteen tərəfindən keçiriləcək ayindən dərhal əvvəl baş verən silahlı hücum böyük çaxnaşmaya səbəb olub.
 
Hyuston Polis Departamentinin X hesabında edilən açıqlamada, xalqın bölgədən uzaq durmağa çağırıldığı bildirilib.

Bildirilib ki, 30 yaşlarında olan qadın təcavüzkar əlində uzun lüləli tapança və yanında 5 yaşlı uşaqla kilsəyə girərək ətrafa güllə yağdırıb. Qadının üzərində bomba olduğunu deyərək kilsədəki insanları təhdid etdiyi də qeydə alınıb.

Hadisə zamanı təcavüzkarın yanında olan kiçik uşaq da daxil olmaqla iki nəfər yaralanıb. 

Qeyd edək ki, ölkənin 3-cü ən böyük kilsəsi olan Lakewood Kilsəsində hər həftənin bazar günü ibadətlərinə təxminən 45 min insan qatılır.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR