Qadın 8 mart günü qaynı və qaynanası trəfindən ölümcül döyüldü

Qadın 8 mart günü qaynı və qaynanası trəfindən ölümcül döyüldü
12:16 09.03.2013
1841
Dünən 8 mart beynəlxalq qadınlar bayramında Bakının Xətai rayonu ərazisində 30 yaşlı qadın qaynı və qaynanası trəfindən vəhşicəsinə döyülüb. Rayon Polis İdarəsinin 35-ci polis bölməsindən verilən məlumata görə, hadisə günorta baş verib.Belə ki, Naximov küçəsi 33 mənzil 15 ünvanında yaşayan 1983-cü il təvəllüdlü Yelena Diçenko Vladimirovna qaynı və qaynanası tərəfindən vəhşicəsinə döyülüb. Araşdırmalar zamanı məlum olub ki, həmin qadın bir neçə dəfə ailə üzvlərinin şiddətli təzyiqlərinə məruz qalaraq möhkəm döyülüb.
OXŞAR XƏBƏRLƏR