Qadın Bakının mərkəzində alt paltarında gəzdi: DİN hərəkətə keçdi

Qadın Bakının mərkəzində alt paltarında gəzdi: DİN hərəkətə keçdi
SOSİAL
17:12 23.03.2021
25159
Bakıda qadın ictimai yerdə alt paltarda gəzib.

Bu barədə videogörüntülər sosial şəbəkədə paylaşılıb. Görüntülərdə qadın alt paltarında paytaxtın Fəvvarələr Meydanında gəzir.

Hadisə ətrafdakı şəxslər tərəfindən birmənalı qarşılanmayıb.

Faktla bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq, DİN-in mətbuat xidmətinin kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, yayılan videogörüntülər hüquq-mühafizə orqanlarını hərəkətə keçirib:

"Səbail Rayon Polis İdarəsində faktla bağlı araşdırma aparılır”.
OXŞAR XƏBƏRLƏR