İqtisadi böhrandakı Cənubi Kiprə 10 milyard dollar kredit ayrılması ilə bağlı gərgin iş həftəsi keçirən Almaniya kansleri Angela Merkel istirahətə yollanıb. ANS PRESS-in dünya mətbuatına istinadla verdiyi məlumata görə, Merkel xristianların önəmli bayramı olan Pasxa ərəfəsində məzuniyyətə çıxıb. Kansler həyat yoldaşı Joachim Sauerlə İtalyanın cənub qərbindəki İschia adasındakı "Sant’Angelo d’Ischia" qəsəbəsində qalır. Kansler ilk olaraq adada gəzintiyə çıxıb. Ötən gün isə Afrodita adlı termal hovuzda stres atıb. "AFP" agentliyi Avropanın diqqət mərkəzində olan Merkelin çimərlik paltarında fotolarını çəkə bilib.