Malayziyada yaşayan və öskürəkdən başqa səhhətində problemi olmayan qadının qalxanabənzər vəzində şiş diaqnozu qoyulması tibb aləmində heyrətə səbəb olub.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Malayziyada maraqlı hadisə baş verib.
Şəxsiyyəti açıqlanmayan 54 yaşlı qadın xərçəng diaqnozu qoyulana qədər 6 aydır xroniki öskürəkdən əziyyət çəkirmiş.
O, əvvəlcə simptomunu daha zərərsiz bir şey kimi qəbul edib, lakin qan öskürməyə başlayanda həkimə müraciət edib. Həkimlər qadını çoxsaylı analizlərə məruz qoyublar ki, bu da onları qalxanabənzər vəzinin biopsiyası almağa vadar edib. Sonda qadına papiller tiroid xərçəngi diaqnozu qoyulub.
"American Journal of Case Reports” jurnalında dərc edilən hadisə araşdırmasında qadının şəkərli diabet və yüksək qan təzyiqi olduğu da bildirilir.
Ayşən