Qadın cüdoçu olimpiyadada hicabla çıxış edəcək

İDMAN
10:56 01.08.2012
1578
2012-ci il London Yay Olimpiya Oyunlarında Səudiyyə Ərəbistanından olan qadın-dzüdoçuya yarışlarda hicabda iştirak etməyə icazə verilib. İcazə Beynəlxalq Olimpiya Komitəsi ilə Səudiyyə Ərəbistanı rəsmiləri arasında əldə edilən razılığa əsasən verilib.Qeyd edək ki, ötən həftə Olimpiada təşkilatçıları dzüdoçu Voydan Əli Şakərxaniyə təhlükəsizlik tədbiri olaraq hicabda çıxış etməyi qadağan etmişdilər. Lakin Səudiyyə Ərəbistanı nümayəndələri müsəlman ölkəsindən olan qadın idmançının İslam qaydalarına uyğun geyinməsində təkid ediblər. İndi hər iki tərəf kompromiss əldə edərək,18 yaşlı dzüdoçunun cümə günü keçiriləcək yarışda hicab geyinməsinə icazə verilib.Voydan Əli Şakərxaniyə bir müddət əvvəl atası yarışlarda başçıaçıq çıxış etməyi qadağan etmişdi.

OXŞAR XƏBƏRLƏR