Yunanıstanda yaxınlaşmaqda olan parlament seçkilərinin müzakirə olunduğu televiziya proqramı zamanı deputatlığa qadın namizədlər arasında dava baş verib. Kommunistlərin nümayədəsi Rena Dorounun "Qızıl Şəfəq" partiyasının "faşist partiyası" olduğunu deməsi həmin partiyanın namizədi İlias Kasidiarisi qəzəbləndirib və o, su ilə dolu stəkanı rəqibinə atıb. Kasidiaris ona mane olmaq istəyən digər kommunist namizəd Liana Kanelliyə isə yumruq və sillə ilə hücum edib. Verilişin aparıcısı deputatlığa namizədləri ayıra bilməyib və canlı yayım yarımçıq kəsilib.