Uğursuz əməliyyat keçirdi, başqa dildə danışmağa başladı

Uğursuz əməliyyat keçirdi, başqa dildə danışmağa başladı
DÜNYA
12:51 03.06.2022
485
Uğursuz əməliyyat keçirən qadın ayıldıqdan sonra başqa dildə danışmağa başlayıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Avstraliyadan olan 29 yaşlı diş həkimi əməliyatdan sonra İrlandiya ləhcəsi ilə danışmağa başlayıb.

Angie əməliyyatdan 10 gün sonra duşda mahnı oxuyarkən onun ləhcəsi birdən İrlandiya ləhcəsinə çevrilib.

Ömrü boyu İrlandiyaya getməsə də, irland ləhcəsi ilə danışan Angie Yen adlı diş həkimi söhbətlərinin ətrafdakı insanlardan heç kim heç nə anlamayıb.

Gənc həkim bəzən insanların başa düşə bilməsi üçün çox yavaş danışmalı olduğunu, qurduğu cümlələri dəfələrlə təkrar etməli olduğunu söyləyib.

İnsanların onun ləhcəsinə lağ etdiyini deyən Angie yaşadığı vəziyyətdən çıxmaq üçün əlindən gələni etməyə çalışdığını bildirib.
 
Aydın
OXŞAR XƏBƏRLƏR